--:--:-- | 10 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Britaniyalı nazir bildirib ki, Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində mühüm və etibarlı tərəfdaş olaraq qalır.

Aysel Əlibəyli 30 May 2026 · 18:49 68 baxış

Azərbaycanın Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində əhəmiyyətli tərəfdaş olduğu bildirilib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş rəsmi qəbul zamanı çıxış edib.Tədbirdə yüksək səviyyəli qonaq kimi iştirak edən Lord Koaker ölkələr arasında mövcud tərəfdaşlığın artan potensialından danışaraq bildirib ki, Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Onun sözlərinə görə, bu, müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, eləcə də innovasiya və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq və bu istiqamətlər iki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlərdə müzakirə olunur.Nazir qeyd edib ki, getdikcə daha qeyri-müəyyən və təhlükəli xarakter alan dünyada dost və tərəfdaş ölkələrin rolu əvvəlkindən daha vacibdir və Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində mühüm tərəfdaşdır.O, Azərbaycanın əldə etdiyi nailiyyətlərə toxunaraq, Britaniyanın Prezident İlham Əliyevin regionda dayanıqlı sülhün təmin olunması istiqamətində səylərini dəstəklədiyini bildirib.Lord Koaker həmçinin ötən ilin dekabrında Azərbaycana səfərini xatırladaraq ölkənin onda dərin təəssürat yaratdığını, xüsusilə Bakıda qədimliklə müasirliyin və Şərq ilə Qərb mədəniyyətlərinin harmoniyasının onu heyran etdiyini qeyd edib.Nazir səfər çərçivəsində Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə keçirilən görüşlərin ikitərəfli münasibətlərə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa əlavə təkan verdiyini vurğulayıb.Qeyd edək ki, Lord Koaker həm dövlət naziri, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür və onun Londonda keçirilən tədbirdə yüksək səviyyədə təmsil olunması iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi kimi dəyərləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağcabədidə kanaldan 40 yaşlı qadına məxsus meyit aşkar edilib.

Next Article

Hindistanda güclü yağışlar və fırtına səbəbindən ən azı 28 nəfərin həyatını itirdiyi bildirilir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qriqoryan: Azərbaycan-Ermənistan sülhü qarşılıqlı etimada əsaslanır

Elşən 23 Aprel 2026 · 18:22 27 baxış Armen Qriqoryan bildirib ki, Azərbaycan ilə Ermənistan arasında əldə edilən sülh razılaşması qarşılıqlı etimad prinsiplərinə əsaslanır. O, Delfi İqtisadi Forumu çərçivəsində çıxış edərək regionda sabitliyin qorunmasının vacibliyini […]

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 4 baxış İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb. […]

BƏƏ-də tutulan şəxs ölkəyə təhvil verildi

Aysel Əlibəyli 04 İyun 2026 · 21:11 79 baxış Beynəlxalq axtarışa verilmiş şəxslərin ölkəyə qaytarılması istiqamətində görülən tədbirlər çərçivəsində daha bir şəxsin ekstradisiyası həyata keçirilib. Elpress.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti […]

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 12:58 34 baxış İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib ki, Tehran və Vaşinqton Hörmüz boğazının gəmi keçidinə açılması məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. […]