--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan üzərindən Ermənistana növbəti buğda yükü göndərildi

Aysel Əlibəyli 03 İyul 2026 · 12:03 34 baxış

Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti tranzit yük daşınması həyata keçirilib.

Məlumata görə, ümumi çəkisi 976 ton olan 14 vaqon buğda Biləcəri dəmiryol stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Bildirilib ki, Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımaları çərçivəsində indiyədək Rusiyadan Ermənistana 35 min tondan artıq taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit çatdırılıb.

Bununla yanaşı, Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Elnur Hidayətoğlu TƏBİB-dəki vəzifəsindən ayrılıb

Next Article

Abşeronda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Aysel Əlibəyli 07 İyun 2026 · 12:42 108 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etmədiyini və buna hazır olmadığını bildirib. Parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran hökumət […]