--:--:-- | 14 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu

Aysel Əlibəyli 11 İyul 2026 · 11:05 1144 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunda inşa olunacaq “Həkəriçay” su anbarının təməlqoyma mərasimində iştirak edib.

Elpress.az xəbər verir ki , Bu gün Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub. Mərasim zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına layihənin texniki göstəriciləri və görüləcək işlər barədə ətraflı məlumat təqdim edib.Bildirilib ki, layihəyə əsasən, Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı tikiləcək. Eyni zamanda, suyun nəqlini təmin etmək məqsədilə saniyədə 8 kubmetr buraxılış qabiliyyətinə malik, uzunluğu təxminən 172 kilometr olan magistral boru kəməri də inşa ediləcək.Layihənin həyata keçirilməsi nəticəsində Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin keyfiyyətli içməli su ilə təmin olunması üçün geniş imkanlar yaradılacaq.Bundan əlavə, “Həkəriçay” su anbarından qidalanacaq magistral boru kəməri üzərində ümumi gücü 10,81 MVt olan üç su elektrik stansiyasının tikintisi də nəzərdə tutulur.Qeyd edilib ki, layihə işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının səmərəli idarə edilməsinə, əhalinin dayanıqlı içməli su təminatının yaxşılaşdırılmasına, eləcə də regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünyada 60 milyondan çox at var – bu gün Ümumdünya At Günüdür

Next Article

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1056 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Aysel Əlibəyli 13 İyun 2026 · 23:59 1134 baxış ABŞ Prezidenti Donald Trump İranla əldə olunan razılaşmanın iyunun 14-də imzalanmasının planlaşdırıldığını açıqlayıb. Elpress.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.Tramp bildirib […]