--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan nümayəndə heyəti İstanbul sammitində – COP31 GÜNDƏMİ

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 09:05 1042 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyənin COP31 sədrliyi çərçivəsində İstanbulda keçirilən İqlim Maliyyəsi Sammitində iştirak edib.

Azərbaycanı tədbirdə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil ediblər.Sammitdə iqlim maliyyələşməsi, dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə olunub. Tədbirə dövlət qurumları, beynəlxalq maliyyə institutları, inkişaf bankları, investorlar və özəl sektorun nümayəndələri qatılıb.Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi masa müzakirəsində moderator kimi çıxış edib. O, COP29 çərçivəsində Bakı Maliyyə Hədəfi üzrə əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb.Nazir müavini həmçinin Bakı Davamlılıq Koalisiyası və dayanıqlı şəhərlərlə bağlı təşəbbüslərdən danışıb, qarşıdakı Bakı İqlim Fəaliyyəti Həftəsinin bu istiqamətdə mühüm rol oynayacağını bildirib.Muxtar Babayev və Yalçın Rəfiyev COP31 sədrliyi çərçivəsində keçirilən yüksək səviyyəli sessiyada da çıxış edərək COP29-un iqlim maliyyələşməsi sahəsində əldə etdiyi nəticələri diqqətə çatdırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Next Article

Bakı böyük iqlim tədbirlərinə ev sahibliyi edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mirziyoyev: Humanitar əməkdaşlıq prioritetimizdir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:44 1072 baxış Özbəkistan Prezidenti Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə humanitar əlaqələrin gücləndirilməsini vacib sayıb Elpress.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya dövlətləri […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1064 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

Zelenski İlham Əliyevə təşəkkür edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:05 1046 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib. Elpress.az xəbər verir ki, Zelenski bu barədə “X” […]