--:--:-- | 11 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

“Kızılcık Şerbeti”nin aktyorundan etiraf: “20 ildir psixiatrik müalicə alıram”

Aysel Əlibəyli 09 İyul 2026 · 11:53 1110 baxış

“Kızılcık Şerbeti” serialında rol alan tanınmış aktyor Ahmet Mümtaz Taylan psixoloji sağlamlığı ilə bağlı səmimi açıqlaması ilə gündəmə gəlib.

Elpress.az xəbər verir ki, aktyor Ceren Benderlioğlunun təqdim etdiyi “Dile Kolay” proqramında artıq 20 ildir psixiatr nəzarətində müalicə aldığını bildirib.

Ahmet Mümtaz Taylan deyib ki, həyatının müəyyən mərhələlərində depressiya ilə təkbaşına mübarizə aparmağa çalışsa da, bunun çıxış yolu olmadığını sonradan anlayıb. Onun sözlərinə görə, peşəkar psixoloji dəstək almaq həyatında mühüm dönüş nöqtəsi olub.

Aktyor psixoloji problemlərlə üzləşən insanlara da çağırış edərək, belə vəziyyətlərdə utanmadan mütəxəssisə müraciət etməyin vacibliyini vurğulayıb.

Taylanın səmimi etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər onun açıqlamasını cəsarətli addım kimi qiymətləndirərək dəstək mesajları paylaşıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metro bağlanandan sonra nə baş verir? – Sərnişinlərin görmədiyi proseslər

Next Article

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Brad Pitt övladlarından ağır zərbə ilə üzləşdi.

Aysel Əlibəyli 31 May 2026 · 18:38 1142 baxış Hollivudun əfsanəvi cütlüklərindən olan Brad Pitt və Angelina Jolie arasında övladlarının qəyyumluğu uğrunda gedən 10 illik məhkəmə mübarizəsi sona çatmaq üzrədir. elpress.az-ın məlumatına əsasən, İyulun 12-də […]

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Aysel Əlibəyli 07 İyul 2026 · 13:14 1148 baxış Müğənni İradə İbrahimova ailəsində baş verən ağır itki ilə bağlı kədərini ictimaiyyətlə bölüşüb. Elpress.az xəbər verir ki, sənətçinin xalası vəfat edib. İradə İbrahimova sosial şəbəkə hesabında […]

Kino dünyasına ağır itki: məşhur aktyor vəfat etdi

Aysel Əlibəyli 06 İyun 2026 · 10:54 1164 baxış Britaniyalı aktyor həyatını itirib. Elpress.az xəbər verir ki, məlumatı aktyorun ailəsinə istinadən BBC yayıb. Bildirilib ki, sənətçi pnevmoniyanın yaratdığı ağır fəsadlar nəticəsində vəfat edib.Aktyor televiziya tamaşaçılarına […]

Balaəliyə oğurluq ittihamı irəli sürülüb

Aysel Əlibəyli 08 İyun 2026 · 18:29 1142 baxış Meyxanaçı Xosrov Maştağalının toy məclisində ifa olunan “Xəyanət” mahnısı sosial şəbəkələrdə geniş yayılaraq trendə çevrilib. Elpress.az xəbər verir ki, Balaəli Rzayev tərəfindən səsləndirilən ifa xüsusilə “TikTok” […]