--:--:-- | 11 Sentyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 1228 baxış

AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan bildirilib ki, tədbiri açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev şəhərsalma və memarlıq məsələlərinin yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmadığını, kollektiv yaddaşın, mədəni kimliyin və sosial münasibətlərin formalaşmasına da təsir göstərdiyini vurğulayıb. O qeyd edib ki, Vətən müharibəsindən sonra həyata keçirilən yenidənqurma işləri və Böyük Qayıdış proqramı ölkənin strateji inkişaf prioritetləri sırasındadır.Daha sonra Hikmət Quliyev “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun Azərbaycanda yetərincə araşdırılmadığı, bu istiqamətdə tədqiqatların genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.Sessiyada Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edərək urbanizasiya proseslərinin və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı təsirinin şəhər folklorunun formalaşmasındakı rolunu təhlil edib.Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Xürrəmqızı isə “Hüseynqulu Sarabski və Bakı folkloru” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Bakı şəhər folklorunun formalaşması, onun uzun müddət tədqiqatlardan kənarda qalması və bu sahədə aparılan ilk sistemli araşdırmalar barədə məlumat verilib.Qeyd olunub ki, Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri şəhər folklorunun öyrənilməsi baxımından mühüm mənbələrdən biridir. Əsərdə Novruz mərasimləri, xalq oyunları, toy adətləri, dini mərasimlər və məhəllə həyatı ilə bağlı zəngin folklor nümunələri əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Next Article

Enerji sektorunda sabitlik sual altındadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Leyla və Arzu Əliyevalar Madriddə sərgiyə qatılıblar

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:29 1016 baxış Azərbaycanın Birinci vitse-prezidenti və qızı Madriddə keçirilən beynəlxalq sərgidə iştirak ediblər Elpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Leyla Əliyeva və qızı Arzu Əliyeva İspaniyanın paytaxtı […]

Milli Qəhrəman Kazımağa Kərimovun 75 illiyi qeyd edilib

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:39 1044 baxış Kazımağa Kərimovun yubileyi Şəhidlər xiyabanında anım mərasimi ilə yad olunub Elpress.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kazımağa Möhsün oğlu Kərimovun anadan […]

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1100 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]