--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Suraxanı gimnaziyasına çoxdilli kitabxana hədiyyə edilib

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:37 1094 baxış

Neft şirkəti məktəbə altı dildə 300-dən çox Azərbaycan və dünya klassikinin əsərlərini təqdim edib

Elpress.az xəbər verir ki, Yeni tədris ili münasibətilə “Surakhani Oil” hasilat şirkəti Suraxanı rayonunda yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyaya çoxdilli kitabxana hədiyyə edib.“Ədibin Evi”nin təşəbbüsü çərçivəsində yaradılan kitabxanada altı müxtəlif dildə Azərbaycan və dünya klassiklərinin 300-dən çox əsəri yer alıb. Kitablar neft buruqları formasında hazırlanmış xüsusi rəflərdə yerləşdirilib.Kitabxananın açılış mərasimində gimnaziyanın müəllim və şagirdləri ilə yanaşı, Milli Məclisin Suraxanı rayonundan deputatı Qaya Məmmədov, “Ədibin Evi”nin direktoru Şəfəq Mehrəliyeva və “Surakhani Oil” şirkətinin nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları təhsil müəssisəsinin sinif otaqları və laboratoriyaları ilə tanış olub, şagirdlər üçün dövlət hesabına fəaliyyət göstərən yataqxana və yeməkxanaya baxış keçiriblər. Daha sonra yuxarı sinif şagirdləri ilə dəyirmi masa təşkil olunub.Şirkətin departament direktoru Kərim Aşurov çıxışında müasir əmək bazarında, xüsusilə enerji və neft sektorunda xarici dil biliklərinin əhəmiyyətini vurğulayıb. O, texniki bilik və peşə bacarıqları ilə yanaşı, dil biliklərinin də gələcək mütəxəssislər üçün vacib olduğunu bildirib.Şəfəq Mehrəliyeva isə çoxdilliliyin dünya biliklərinə çıxış imkanlarını genişləndirdiyini, ana dilində mütaliənin və Azərbaycan klassiklərinin əsərlərinin oxunmasının gənclərin dünyagörüşünün və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.Deputat Qaya Məmmədov kitabxananın yaradılmasını sosial məsuliyyət və vətənpərvərlik təşəbbüsü kimi qiymətləndirib. O, şagirdlərin yalnız bilik və bacarıqlarının deyil, mütaliə və öyrənmə mədəniyyətinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.Tədbirin sonunda şagirdlər qonaqlarla sevdikləri kitablar barədə fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Kosmos tam demilitarizasiya olunmalıdır

Next Article

Kreml: Rusiya Avropa qaz bazarına qayıda bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:09 1076 baxış Media nümayəndələrinə Özbəkistanın İT və rəqəmsal iqtisadiyyat strategiyası barədə məlumat verilib Elpress.az xəbər verir ki, Azərbaycanlı media nümayəndələri Özbəkistana təşkil olunan media turu çərçivəsində ölkənin aparıcı […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1273 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

MEK-də Silahlı Qüvvələr Gününə həsr olunan sərgi keçirilib

Aysel Əlibəyli 25 İyun 2026 · 16:27 1194 baxış Milli Elmi Kitabxanada Azərbaycan Ordusunun tarixi və qəhrəmanlıq salnaməsini əks etdirən xüsusi sərgi təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 İyun – […]

Mahmut Demiryürek vəfat edib

Aysel Əlibəyli 17 Avqust 2026 · 10:52 1092 baxış RTÜK və TRT-də uzun illər fəaliyyət göstərən jurnalist Ankarada dəfn olunacaq Elpress.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Ali Şurasında (RTÜK) Üst Kurul mütəxəssisi kimi […]