--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Aysel Əlibəyli 31 İyul 2026 · 12:56 1094 baxış

Avstriyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Elpress.az xəbər verir ki, Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar paketini təsdiqləyib.Qanun layihəsinə əsasən, 14 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməyəcək. Qaydaların gələn ildən qüvvəyə minməsi planlaşdırılır və sosial media platformaları üçün 2027-ci il aprelin 1-dək keçid müddəti müəyyənləşdirilib.Bu müddət ərzində platformalar uşaqlarda asılılıq yarada biləcək funksiyaları aradan qaldırmalı və ya onların azyaşlı istifadəçilər üçün əlçatanlığını məhdudlaşdırmalıdır. Tələbləri pozan şirkətləri illik dövriyyələrinin 6 faizinə qədər cərimə gözləyir.Bundan başqa, böyüklər üçün nəzərdə tutulan saytlara giriş də yaş təsdiqindən sonra mümkün olacaq. Yaş yoxlamasının ID Austria sistemi və ya özəl xidmətlər vasitəsilə aparılması nəzərdə tutulur. Sayt sahiblərinə istifadəçinin digər şəxsi məlumatları deyil, yalnız onun 18 yaşdan yuxarı olduğunu təsdiqləyən məlumat təqdim ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Güləşçimiz dünya çempionatında uduzdu

Next Article

Əli Hacıdan yeni şeir: “Qapım açıq qalıb, gətir qəmini…”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya Ermənistana qazı kəsə bilər

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 12:19 1168 baxış Moskva İrəvana qaz tədarükünün dayandırılması ilə bağlı şərtlər irəli sürüb Elpress.az xəbər verir ki, Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü tam dayandıra bilər.Məlumata görə, Moskva […]

Gürcüstanda tələbələr üçün yeni maliyyələşmə qaydası

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:24 1086 baxış Gürcüstan universitetlərində təhsil haqqının dövlət tərəfindən ödənilməsi şərtləri açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanda dövlət universitetlərində təhsil alan tələbələrin maliyyələşdirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib.Təhsil, Elm […]