Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində rəsmi müraciətini gələn il təqdim edə bilər.
Elpress.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən “Avropanın gələcəyi” sammitində çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, son dövrlərdə Brüsseldən Aİ-nin genişlənməsi ilə bağlı müsbət siqnallar gəlir. O qeyd edib ki, həm Avropa İttifaqında, həm də Ermənistanda bu istiqamətdə siyasi iradə mövcuddur.
Baş nazir üzvlük üçün müraciətin vaxtı ilə bağlı danışarkən bunun 2027-ci ildə real ola biləcəyini, 2028-ci ilin də mümkün variant kimi nəzərdən keçirildiyini söyləyib.
Paşinyan, həmçinin Ermənistanın hazırda Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqa diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, İrəvan 2029-cu ilə qədər bu istiqamətdə irəliləyişə nail olmağı hədəfləyir.


