Qoridə keçirilməsi planlaşdırılan “Kamara” festivalının təhlükəsizlik səbəbilə baş tutmayacağı açıqlanıb
Elpress.az xəbər verir ki, Gürcüstanın Qori şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan “Kamara” festivalı ləğv edilib.Aİ-nin Gürcüstandakı nümayəndəliyindən bildirilib ki, qərar təhlükəsizliklə bağlı narahatlıqlar nəzərə alınaraq qəbul olunub. Nümayəndəlik festivalın təşkilatçılar tərəfindən təxirə salınmasından təəssüfünü ifadə edib.“Gürcüstanın yaradıcılıq kompası” layihəsi çərçivəsində təşkil olunması planlaşdırılan festivalın sentyabrın 26-da keçirilməsi nəzərdə tutulurdu.Tədbirdə gürcü musiqiçi Kordzun çıxışı da planlaşdırılmışdı. Onun iştirakı Gürcüstan hakimiyyəti tərəfindən tənqidlə qarşılanıb. Hakim “Gürcü Arzusu” partiyası musiqiçini mahnısı ilə seçiciləri təhqir etməkdə ittiham edib.


