--:--:-- | 06 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əcəmi Naxçıvani haqqında filmin çəkilişləri yekunlaşıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:39 1082 baxış

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” ekran əsəri post-prodakşn mərhələsinə keçib

Elpress.az xəbər verir ki, Məşhur memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkiliş prosesi başa çatıb.Azərbaycan Respublikasının Kino Agentliyindən verilən məlumata görə, ekran əsəri Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında hazırlanır. Filmin istehsalı “Şahdağ Film” və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən birgə həyata keçirilir.Ekran əsərinin son çəkilişləri ötən günlərdə baş tutub. Filmin çəkiliş məkanları sırasında “Azərbaycanfilm” Kinostudiyası, Gəncə şəhəri, Qaradağ rayonu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisi yer alıb.Hazırda layihə post-prodakşn mərhələsindədir. Bu mərhələdə filmin montajı, səs yazısı və digər texniki işlər həyata keçirilir. Müvafiq proseslər yekunlaşdıqdan sonra filmin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi planlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mədəniyyət Nazirliyində yeni təyinatlar olub

Next Article

Tramp: İranla danışıqlar mümkündür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 1168 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]

Doqquzillik təhsil bazasında qəbul prosesi start götürür

Aysel Əlibəyli 18 İyun 2026 · 16:42 1158 baxış Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat prosesinə […]