--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Ermənistan ərazisində Alban irsi araşdırılacaq – İşçi Qrup yaradıldı

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 10:24 1032 baxış

Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində yerləşən alban xristian irsinin araşdırılması üzrə İşçi Qrup yaradılıb.


Elpress.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Yeni yaradılan qrupun əsas fəaliyyət istiqaməti tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsindəki kilsə, monastır, sövmə və xaçdaşların tarixinin, memarlıq xüsusiyyətlərinin və epiqrafik materiallarının araşdırılması olacaq.
İcmanın məlumatına görə, tədqiqatlar arxiv sənədləri və digər ilkin mənbələr əsasında aparılacaq. Məqsəd müxtəlif ölkələrin arxiv və əlyazma fondlarında saxlanılan materialların üzə çıxarılması, sistemləşdirilməsi və vahid elmi bazada toplanmasıdır.
İcma bildirir ki, XVI–XIX əsrlərdə Alban katolikosluğu ilə bağlı sənədlərin tamamilə məhv edildiyi barədə yanaşmalar mövcuddur. Bununla yanaşı, müxtəlif ölkələrin arxivlərində həmin dövrün dini və ictimai tarixinə, eləcə də Alban katolikoslarına dair sənədlərin qorunduğu qeyd olunur.
Məlumata əsasən, Qərbi Azərbaycan İcmasında artıq bu istiqamətdə yüzlərlə sənəd toplanıb. İşçi Qrupunun fəaliyyətinin əsas hədəflərindən biri həmin materialların sistemli şəkildə araşdırılması və elmi dövriyyəyə daxil edilməsidir.

İcma həmçinin 2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfərinə diqqət çəkərək, mədəni irs məsələsinin diplomatik müzakirələrdə də yer aldığını bildirib.
Qərbi Azərbaycan İcmasının mövqeyinə görə, indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irs, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələri deportasiya olunmuş azərbaycanlıların irsi ilə bağlı araşdırmaların tərkibində öyrənilməlidir. İcma hesab edir ki, bu mövzuda beynəlxalq elmi mühitə təqdim ediləcək materiallar ilkin mənbələrə və yoxlanıla bilən tədqiqatlara əsaslanmalıdır.

Bildirilib ki, aparılacaq araşdırmaların istiqamətlərindən biri də deportasiya olunmuş əhalinin qayıdışı ilə bağlı tarixi-mədəni əsasların sənədləşdirilməsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qızılın qiyməti ucuzlaşıb

Next Article

Pensiyaların sentyabr ödənişi tamamlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ankara Universitetində Əhməd bəy Ağaoğlunun barelyefi açılıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:24 1044 baxış Hüquq fakültəsində Ağaoğlunun adına auditoriya da istifadəyə verilib Elpress.az xəbər verir ki, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun […]

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1125 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1050 baxış Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan […]