--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 19:37 1058 baxış

Elpress.az xəbər verir ki, “Yaşıl Teatr” Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrının tabeliyində dəyişiklik edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən hər iki müəssisə bütün əmlakı ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib.
Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, qərardan irəli gələn məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli İqtisadiyyat və Mədəniyyət nazirliklərinə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub.
Qeyd edək ki, qərar Prezident İlham Əliyevin iyunun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanın icrası çərçivəsində qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə və Rusiya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Next Article

Bakının 6 yolunda sıxlıq var – SİYAHI

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1140 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1150 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]