--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Tibb işçilərinin əməyinə yüksək qiymət onların məsuliyyətini artırır

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:38 1040 baxış

Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı səhiyyə əməkdaşlarına göstərilən diqqətin əhəmiyyətindən danışıb

Elpress.az xəbər verir ki, Tibb işçilərinin əməyinin qiymətləndirilməsi və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səhiyyə əməkdaşları tərəfindən yüksək dəyərləndirilir.Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı Mənsurə Əliyeva bildirib ki, səhiyyə sahəsində çalışanlara göstərilən diqqət və qayğı onların peşə fəaliyyətinə əlavə stimul verir.Onun sözlərinə görə, tibb işçilərinin sosial rifahının gücləndirilməsi və əməyinin qiymətləndirilməsi dövlət səviyyəsində diqqətdə saxlanılır. O, səhiyyə sahəsinin inkişafına, insan sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslərə və tibb əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü ifadə edib.Mənsurə Əliyeva qeyd edib ki, tibb işçilərinin əməyinin belə şəkildə qiymətləndirilməsi onların peşələrinə bağlılığını və məsuliyyət hissini daha da gücləndirir. Onun sözlərinə görə, səhiyyə əməkdaşları ən çətin və məsuliyyətli şəraitdə insanların sağlamlığının qorunması üçün fəaliyyət göstərirlər.Baş tibb bacısı bundan sonra da tibb işçilərinin vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi və insanların sağlamlığının qorunması istiqamətində öz vəzifələrini məsuliyyətlə davam etdirəcəklərini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya bazarında neftin qiyməti yüksəlib

Next Article

Şəhidlərin adlarının səliqəsiz yazılmasına etiraz edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1128 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]

Bakı Dəmiryol Vağzalında “Kitab Dayanacağı” açıldı

Aysel Əlibəyli 01 İyul 2026 · 13:04 1122 baxış Səfərlər daha maraqlı olacaq: ADY vağzalda pulsuz kitab layihəsinə başladı Bakı Dəmiryol Vağzalında sərnişinlərin asudə vaxtını daha səmərəli keçirməsi məqsədilə yeni sosial-mədəni layihəyə start verilib.“Azərbaycan Dəmir […]