--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qaradağda insan kapitalının inkişafına həsr olunan konfrans keçirilib

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 14:36 1064 baxış

Elpress.az xəbər verir ki, Qaradağ rayonunda insan kapitalının inkişafı və müasir idarəetmə yanaşmalarına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil edilib.

Tədbirdə müxtəlif sahələr üzrə mütəxəssislər insan kapitalının inkişafı ilə bağlı elmi və peşəkar yanaşmalarını bölüşüblər.Konfransda süni intellektin geniş yayıldığı dövrdə liderlik modellərinin dəyişməsi, kouçinqin idarəetmədə tətbiqi, insan və süni intellekt arasında əməkdaşlıq, yeni nəsil əməkdaşların motivasiyası və təşkilatlarda kouçinq mədəniyyətinin yaradılması kimi mövzular müzakirə olunub. İştirakçılar üçün praktiki çalışmalar da keçirilib.Tədbir çərçivəsində panel müzakirələri ilə yanaşı, yerli və xarici mütəxəssislər, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, sənaye və biznes sektorunun nümayəndələri arasında fikir mübadiləsi aparılıb. Görüşlər zamanı yeni əməkdaşlıq imkanları və birgə layihələr ətrafında müzakirələr keçirilib.Konfransın yekununda insan kapitalına investisiyanın, davamlı təhsilin, psixoloji dayanıqlılığın və peşəkar kouçinq yanaşmalarının əhəmiyyəti vurğulanıb. Süni intellektdən məsuliyyətli istifadənin də təşkilatların və cəmiyyətin inkişafına mühüm töhfə verə biləcəyi qeyd edilib.

Sonda konfransın məruzəçiləri və iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Birinci sinfə elektron qəbul prosesi yenidən başlayır

Next Article

Polşa səfiri: Son hadisələr Azərbaycanla münasibətlərə təsir etməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yapon yazıçısı Keyqo Hiqaşino vəfat etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 11:58 1086 baxış “Şübhəli X-in Sədaqəti”nin müəllifi Keyqo Hiqaşino 68 yaşında dünyasını dəyişib Elpress.az xəbər verir ki, Yaponiyanın məşhur detektiv yazıçısı Keyqo Hiqaşino 68 yaşında vəfat edib. Məlumata görə, […]

Bakıda İndoneziya mətbəxinin təqdimatı keçirilib

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 14:54 1060 baxış İndoneziyanın milli yeməkləri, mədəni irsi və kulinariya ənənələri Bakıda keçirilən festivalda nümayiş etdirilib. Elpress.az xəbər verir ki, oktyabrın 16-da İndoneziyanın Bakıdakı səfirliyi və “Gekrafs Azerbaijan” nümayəndəliyinin […]

Cəlil Məmmədquluzadənin muzeyinə 1915-ci ilin nadir jurnalı verildi

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 21:15 1054 baxış Naxçıvanda Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin fondu Azərbaycan satirik mətbuatının tarixini əks etdirən nadir nəşrlə zənginləşib. Muzeyə 1915-ci ilə aid “Məzəli” jurnalının toplu nüsxəsi təqdim olunub. Elpress.az xəbər […]