--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Özbəkistanda Azərbaycanla media əməkdaşlığı genişləndirilir

Aysel Əlibəyli 18 Avqust 2026 · 10:52 1122 baxış

Media üçün Kontent Hazırlama Mərkəzi Azərbaycanla birgə televiziya, kino və digər layihələr həyata keçirir

Elpress.az xəbər verir ki, Özbəkistanda Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün Kontent Hazırlama Mərkəzi Azərbaycanla media sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələr həyata keçirir.Mərkəzin direktor müavini Cahongir Abduraxmanov bildirib ki, fəaliyyətinin birinci ildönümünü qeyd etməyə hazırlaşan qurum Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Onun sözlərinə görə, mərkəzin əsas məqsədi media fəaliyyətini tənzimləmək deyil, sektorun inkişafına dəstək göstərmək, keyfiyyətli və obyektiv kontentin hazırlanmasını təşviq etməkdir.Abduraxmanov qeyd edib ki, mərkəzin prioritet istiqamətlərindən biri Özbəkistanın beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda daha geniş tanıdılmasıdır. Bu çərçivədə azərbaycanlı həmkarlarla televiziya, kino və birgə çəkilişləri əhatə edən çoxsaylı layihələr həyata keçirilir.Hazırda Azərbaycanla birlikdə Özbəkistana səyahətdən bəhs edən film üzərində iş aparılır. Filmin müəyyən səhnələrinin Azərbaycanda çəkilməsi də planlaşdırılır.Direktor müavini Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlığın davam etdiyini və Azərbaycanla Özbəkistanın müvafiq qurumları arasında təcrübə mübadiləsinə dair razılaşmaların mövcud olduğunu bildirib.Azərbaycandan olan jurnalistlərin iştirakı ilə keçirilən media turuna da toxunan Abduraxmanov səfərin iki ölkə arasında əməkdaşlığın praktiki nümunələrindən biri olduğunu deyib. O bildirib ki, turun əsas məqsədi Özbəkistanda son 10 ildə baş verən dəyişiklikləri, yeni sənaye sahələrini, obyektləri və inkişaf istiqamətlərini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.Onun sözlərinə görə, azərbaycanlı jurnalistlərin Özbəkistana məqsədyönlü səfərlərinin təşkili ölkədəki yeniliklərin və müasir inkişaf proseslərinin daha yaxından tanıdılmasına imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zəlzələdən bir həftə sonra Kolumbiyada səma qırmızıya boyandı

Next Article

Enerqodara dron hücumu: 1 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1074 baxış Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1130 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 1202 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]