--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

BDU və Daşkənd Universiteti arasında təhsil əməkdaşlığı gücləndirilir

Aysel Əlibəyli 18 İyun 2026 · 18:34 1112 baxış

Bakı Dövlət Universiteti ilə Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında təhsil və elmi əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.Sənəd iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini və elmi fəaliyyətin inkişaf etdirilməsini əhatə edir. Memoranduma əsasən, universitetlər arasında konfranslar, seminarlar, sərgilər, simpoziumlar, qısamüddətli kurslar və müxtəlif təlimlərin təşkili, eləcə də ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.Razılaşmada həmçinin elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planlarının və sillabusların yaradılması, müəllim, tələbə, magistrant, doktorant və tədqiqatçı mübadiləsinin təşkili kimi istiqamətlər də yer alıb.Memorandum BDU-nun rektoru Elçin Babayev və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şuhrat Sirojiddinov tərəfindən imzalanıb.Qeyd olunub ki, Özbəkistanın bu universiteti “QS Dünya Universitetləri Fənlər üzrə Reytinqi”nin 2026-cı il göstəricilərinə əsasən 251–300-cü yerlər aralığında qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tur adı ilə dələduzluqda şübhəli bilinən qadın beynəlxalq axtarışa verildi

Next Article

Moskva NATO-Ermənistan hərbi təlimlərinə münasibət bildirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1090 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]

Əsmər Nərimanbəyovanın fərdi sərgisi böyük maraqla qarşılanıb

Aysel Əlibəyli 24 İyun 2026 · 19:14 1066 baxış Acarıstan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Batumi İncəsənət Muzeyində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın yaradıcılığına həsr olunmuş “Rənglər simfoniyası” adlı fərdi sərginin açılışı […]

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 1064 baxış Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və […]