--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan sənətkarlığı İstanbulda nümayiş olunur

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:58 1084 baxış

Azərbaycanın zəngin sənətkarlıq irsi İstanbulda keçirilən beynəlxalq sərgidə nümayiş olunur. Ölkəmizi təmsil edən sənətkarlar milli əl sənəti nümunələrini xarici ziyarətçilərə təqdim edirlər.

Elpress.az xəbər verir ki, azərbaycanlı sənətkarlar “CraftIstanbul” 7-ci Beynəlxalq Əl Sənətləri və Dizayn Sərgisində iştirak edirlər. Təmsilçilik Azərbaycan Turizm Bürosunun Türkiyədəki nümayəndəliyi və Azərbaycanın İstanbulda Baş Konsulluğunun təşkilati dəstəyi ilə həyata keçirilib.

Sərgidə Mətanət Mirzəliyeva ənənəvi ipək kəlağayı nümunələrini, Səməni Qasımova isə Azərbaycan kilimlərini təqdim edir. Ziyarətçilərə bu sənət nümunələrinin hazırlanma xüsusiyyətləri və onların arxasında dayanan milli-mədəni irs barədə məlumat verilir.

Təqdim olunan əl işləri vasitəsilə kəlağayı və kilim sənətinin hazırlanma üsulları ilə yanaşı, bu sənətlərin formalaşmasında mühüm rol oynayan ənənələr də tanıdılır.

Qeyd edək ki, bu il “CraftIstanbul” sərgisində 220 sərgi iştirakçısı, 600-dən çox sənətkar və dizayner, eləcə də 50 beynəlxalq iştirakçı bir araya gəlib. Sərgi oktyabrın 4-dək davam edəcək.

Tədbir çərçivəsində 150-yə yaxın seminar və müxtəlif proqramların keçirilməsi nəzərdə tutulub. Sərgini 30 mindən çox ziyarətçinin ziyarət edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərhum Sevinc Kərimovanın “Tərəqqi” medalı qızına verildi

Next Article

“Sumqayıt”dan mövsümə inamlı start – NTD məğlub edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:26 1168 baxış “Mən, Ennio Marrikone, öldüm…” – Milyonların qəlbində iz qoyan bəstəkarın təsirli həyat hekayəsi Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Dünya kino musiqisinin ən böyük simalarından biri […]

Xocavənddə bayram atəşfəşanlığı olub

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:58 1104 baxış Xocavənd Şəhəri Günü musiqi və işıq şousu ilə qeyd edilib Elpress.az xəbər verir ki, Xocavənd Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub.Bayram proqramının sonunda musiqi sədaları […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1162 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]