--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan jurnalistləri Özbəkistanda IT Parkı ziyarət edib

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:09 1056 baxış

Media nümayəndələrinə Özbəkistanın İT və rəqəmsal iqtisadiyyat strategiyası barədə məlumat verilib

Elpress.az xəbər verir ki, Azərbaycanlı media nümayəndələri Özbəkistana təşkil olunan media turu çərçivəsində ölkənin aparıcı texnologiya mərkəzlərindən biri olan “IT Park Uzbekistan”da olublar.Səfər zamanı jurnalistlərə IT Parkın yaradılma məqsədi, fəaliyyəti və inkişaf mərhələləri barədə geniş məlumat təqdim edilib. Həmçinin Özbəkistanda rəqəmsal iqtisadiyyatın inkişafı, İT sektoruna investisiyaların cəlb olunması, startapların dəstəklənməsi və texnoloji kadrların hazırlanması istiqamətində görülən işlər diqqətə çatdırılıb.Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin Rəqəmsal İqtisadiyyatın İnkişafı Departamentinin rəhbəri Nodir Alibekov bildirib ki, IT Parkın yaradılması təşəbbüsü Prezident Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Kompleksin inşasına 2019-cu ildə başlanılıb. Hazırda isə IT Parkın fəaliyyəti yalnız Daşkəndlə məhdudlaşmır, ölkənin müxtəlif regionlarında da İT infrastrukturu inkişaf etdirilir.Bildirilib ki, Özbəkistanda 1100-dən çox xarici İT şirkəti fəaliyyət göstərir və hər ay ölkədə müxtəlif dövlətlərdən orta hesabla 7-10 yeni İT şirkəti qeydiyyata alınır. IT Park ekosistemində ABŞ, Avropa ölkələri, Gürcüstan, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrdən şirkətlər təmsil olunur.Tədbirdə Azərbaycan və Özbəkistan arasında rəqəmsal texnologiyalar və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. İki ölkənin İKT, rəqəmsal transformasiya, elektron hökumət və innovasiya istiqamətlərində təcrübə mübadiləsi və birgə layihələr həyata keçirdiyi qeyd edilib.IT Park Uzbekistanın icraçı direktoru Cahongir Racabov isə son illərdə Azərbaycanla startap və özəl kapital sahəsində əlaqələrin daha da intensivləşdiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkənin startapları və investorları arasında birgə təşəbbüslərin inkişafı üçün fəal əməkdaşlıq aparılır.Racabov Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı tədbirlərdə iştirakını da xüsusi qeyd edib. Azərbaycan startaplarının Özbəkistanda keçirilən İKT həftəsində, Özbəkistan şirkətlərinin isə Bakıda təşkil olunan “InMerge” və “Baku ID” kimi beynəlxalq tədbirlərdə iştirakı iki ölkənin texnologiya ekosistemləri arasında əlaqələrin genişləndiyini göstərir.

Media nümayəndələrinə verilən məlumata əsasən, hazırda Özbəkistanda 110 mindən çox İKT mütəxəssisi və 145 İT universiteti fəaliyyət göstərir. Startapların inkişafı, peşəkar kadrların hazırlanması və xarici investisiyaların ölkəyə cəlb edilməsi İT siyasətinin əsas istiqamətləri sırasında yer alır.Özbəkistanın startap ekosisteminin ümumi dəyərinin 4,3 milyard ABŞ dollarından çox olduğu, ölkədə 1600-dən artıq startapın fəaliyyət göstərdiyi bildirilib. Vençur ekosistemində isə ümumi kapitalı 200 milyon dollardan çox olan 22 fond fəaliyyət göstərir.Səfər çərçivəsində Azərbaycan jurnalistlərinə, həmçinin rəqəmsal xidmətlərin ixracının artırılması, beynəlxalq texnologiya şirkətlərinin Özbəkistanda fəaliyyətinin genişləndirilməsi və yerli İT mütəxəssislərinin qlobal əmək bazarına çıxışının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Next Article

Rusiya və Ukrayna arasında 103 hərbi əsir dəyişdirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1058 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]

“Türk pop musiqisinin anası” – Sezen Aksu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:26 1077 baxış Türk pop musiqisinin əfsanəvi simalarından olan Sezen Aksu bu gün doğum gününü qeyd edir. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə musiqisinin ən nüfuzlu sənətçilərindən biri […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1236 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1192 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]