--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ana dili milli kimliyin əsas dayağıdır

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:09 1026 baxış

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir

Elpress.az xəbər verir ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.Ölkədə ana dilinin mövqeyinin gücləndirilməsi məqsədilə müxtəlif dövlət proqramları və fərmanlar qəbul edilib. Son olaraq 2025-ci il 31 iyul tarixində imzalanan fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına riayət olunmasına nəzarət səlahiyyəti Mədəniyyət Nazirliyinə verilib.Müasir dövrdə rəqəmsallaşma və sosial medianın geniş yayılması Azərbaycan dili qarşısında yeni imkanlarla yanaşı, müəyyən çağırışlar da yaradır. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə dil qaydalarının pozulması və orfoqrafiyaya laqeyd münasibət dilin saflığının qorunmasını daha da aktuallaşdırır.Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütün cəmiyyətin məsuliyyəti olduğu vurğulanır. Xüsusilə jurnalistlər, müəllimlər, yazıçılar, alimlər və ictimaiyyətə təsir göstərən şəxslərin bu məsələdə üzərinə böyük məsuliyyət düşür.Ana dili Azərbaycan xalqının tarixi yaddaşını, ədəbiyyatını, folklorunu və milli-mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran əsas vasitələrdən biridir. Bu baxımdan Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran ABŞ və İsrailə qarşı cavab planı hazırlayıb

Next Article

Lerikdə zəlzələ baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ədəbiyyatın rəqəmsal təbliği təklif olunur

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:28 1030 baxış Alim: Audiovizual layihələr gənclərin mütaliəyə marağını artıra bilər Elpress.az xəbər verir ki, Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının gənclərə çatdırılması üçün yeni üsullardan […]

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Aysel Əlibəyli 04 İyul 2026 · 23:01 1084 baxış Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, eləcə də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc […]

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1036 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]