Lerikdə 3,1 maqnitudalı yeraltı təkan qeydə alınıb
Elpress.az xəbər verir ki, Lerik rayonunda gecə saatlarında zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 01:47-də Lerik seysmik stansiyasından 16 kilometr şərqdə baş verib. Zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib və maqnitudası 3,1 olub.Təkanların əhali tərəfindən hiss olunmadığı bildirilib.


