--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

ADU və Kolumbiya universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edildi

Aysel Əlibəyli 18 İyun 2026 · 18:24 1116 baxış

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan-Kolumbiya təhsil əlaqələrinin inkişafı və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

İyunun 18-də Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirib. Görüşdə Azərbaycan ilə Kolumbiya arasında dostluq münasibətlərinin inkişafı, xüsusilə təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.ADU-nun rektoru akademik Kamal Abdulla iki ölkə arasındakı əlaqələrin inkişafından danışaraq universitetin beynəlxalq əməkdaşlıq imkanlarının daim genişləndirildiyini bildirib. O, Kolumbiyanın ali təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin qurulmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.Görüş zamanı rektor səfiri universitetdə həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. Bildirilib ki, bu layihə tələbələrin müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə birbaşa əlaqə yaratmasına, beynəlxalq münasibətlər və dünya siyasəti barədə biliklərini artırmasına imkan yaradır.Kolumbiyanın Azərbaycandakı səfiri isə ADU-nun beynəlxalq fəaliyyətini yüksək qiymətləndirib və iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, həyata keçiriləcək birgə təşəbbüslər Azərbaycan-Kolumbiya münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Next Article

Naftalana yeni turist axını

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“We are the Future” gənc istedadları bir səhnədə topladı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:24 1036 baxış Valid Ağayev: “We are the Future” layihəsi festivalın ən böyük qürur mənbəyidir Elpress.az xəbər verir ki, Bakıda keçirilən “Shahin Novrasli Festival-2026” çərçivəsində gənc musiqiçilərin iştirakı ilə […]

Türk dünyasının gənc şairləri Ağdamda görüşdü

Aysel Əlibəyli 17 İyul 2026 · 16:13 1021 baxış Vaqif Poeziya Günləri çərçivəsində Ağdamda Türk dünyasının gənc şairlər festivalı keçirilib Elpress.az xəbər verir ki , Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən […]

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1074 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 1083 baxış Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub. Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri […]