--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:30 1054 baxış

Qarabağ və Şərqi Zəngəzurda abidələrin inventarlaşdırılmasına minalar mane olur

Elpress.az xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşən 130 mədəni irs abidəsinin inventarlaşdırılması hələ tamamlanmayıb.Bildirilib ki, bunun əsas səbəbi həmin ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənməsidir. Bu səbəbdən bəzi abidələrə təhlükəsiz şəkildə baxış keçirmək və onların vəziyyətini ətraflı qiymətləndirmək mümkün deyil.Qeyd olunub ki, azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri insan və mədəniyyət mərkəzli yanaşma əsasında həyata keçirilir. Tarixi abidələrin bərpası, mədəniyyət müəssisələrinin yenidən fəaliyyətə başlaması, müasir şəhər və “ağıllı kənd”lərin salınması, eləcə də yaşıl enerji infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.Bildirilib ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına yerləşdirilməsi ilə məhdudlaşmır. Qayıdan sakinlərin özlərini doğma yurdlarında hiss etməsi üçün həmin ərazilərin tarixi və mədəni irsinin qorunması da mühüm əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə abidələrə 700 milyon manatdan çox ziyan dəyib

Next Article

2027-ci il qəbul imtahanlarının proqramları açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Alyona Əliyeva Anar Hüseynzadənin sərgisindən fotolar paylaşıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 08:48 1064 baxış Alyona Əliyeva rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimindən görüntüləri izləyiciləri ilə bölüşüb. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin gəlini sərginin açılışından çəkilmiş […]

“Cəbiş müəllim” obrazının reklamda istifadəsi narazılıq doğurdu

Aysel Əlibəyli 31 İyul 2026 · 18:30 1070 baxış Süni intellekt vasitəsilə hazırlanmış reklam çarxında Azərbaycanın məşhur film obrazlarından biri olan “Cəbiş müəllim”in istifadəsi ictimai müzakirələrə səbəb olub. Elpress.az xəbər verir ki, “Rabitəbank” tərəfindən yayımlanan […]

Niyazinin doğum günüdür: Azərbaycan dirijorluq məktəbinin banisi

Aysel Əlibəyli 20 Avqust 2026 · 09:42 1066 baxış Bu gün dünya şöhrətli dirijor və bəstəkar Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 114-cü ildönümüdür. Elpress.az xəbər verir ki, Niyazi Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. O, […]