--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Xəzər və Qara dəniz limanları əməkdaşlığı artırır

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:54 1044 baxış

Bakı, Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının rəhbərləri görüşüb

Elpress.az xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə CICA Liman Rəhbərləri Konfransı çərçivəsində Xəzər və Qara dəniz hövzəsində fəaliyyət göstərən limanların rəhbər heyətləri arasında görüş keçirilib.Toplantıda Aktau, Kurık, Türkmənbaşı, Poti və Batumi limanlarının nümayəndələri iştirak edib. Görüşün əsas məqsədi Xəzər və Qara dəniz hövzələrini daha səmərəli, etibarlı və rəqabətqabiliyyətli nəqliyyat-logistika məkanına çevirmək üçün regional əməkdaşlığın gücləndirilməsi olub.Müzakirələr zamanı Orta Dəhlizin artan strateji əhəmiyyəti, limanlar arasında koordinasiyanın yaxşılaşdırılması və yük daşımalarının daha sürətli və proqnozlaşdırılan şəkildə təşkili məsələləri diqqətə çatdırılıb. Həmçinin birgə layihələr və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.Bildirilib ki, 2026-cı ilin ilk 8 ayının ilkin nəticələrinə əsasən, Bakı Limanı ilə Türkmənistan limanları arasında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz, Qazaxıstan limanları ilə isə 6 faiz artıb.Görüşdə limanların qarşılaşdığı əsas çətinliklər də müzakirə olunub və regional əməkdaşlığın daha dayanıqlı və institusional əsasda inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şükürbəyliyə növbəti köç karvanı yola düşüb

Next Article

Ermənistan üçün gömrük güzəştləri səsverməyə çıxarılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:50 1052 baxış Yanvar-avqust aylarında elektrik enerjisinin 59,7 faizi alternativ mənbələr hesabına istehsal olunub Elpress.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 360 133,4 MVt/saat əmtəəlik […]

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 09:16 1042 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sentyabrın 8-i üçün əsas xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini müəyyənləşdirib.ABŞ dollarının məzənnəsi əvvəlki göstərici ilə müqayisədə dəyişməyərək 1,7000 […]

Bakıda mansard mənzillər adi evlərdən nə qədər ucuzdur?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:27 1160 baxış Bakıda mansard mənzillərə maraq artır: Daha münasib qiymət, amma hansı risklər var? Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda daşınmaz əmlak bazarında mansard tipli mənzillər son […]