--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1062 baxış

Azərbaycanda toxumçuluq sahəsində hüquqi tənzimləməni yeniləyən yeni qanun qüvvəyə minib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Fərman imzalayıb.

Yeni qanun toxumların istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı münasibətləri tənzimləyir.Qanun 6 fəsil və 27 maddədən ibarətdir. Sənəddə toxumçuluq sahəsində fəaliyyət göstərən şəxslərin və qurumların hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirilir.

Yeni qaydalara əsasən, seleksiya və toxumçuluq sahəsində xüsusi informasiya sistemi və Reyestr yaradılacaq. Reyestrdə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatlar toplanacaq.

Sistemin elektronlaşdırılması nəticəsində aidiyyəti şəxslər sort və səpin keyfiyyətini təsdiqləyən sertifikata malik toxumlar, eləcə də onların bioloji və iqtisadi göstəriciləri barədə daha ətraflı məlumat əldə edə biləcəklər.

Qanunda toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxil olan vəsaitlə bağlı da xüsusi müddəa yer alıb. Belə ki, həmin cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin qurumun hesabına köçürüləcək.Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar 1997-ci il 11 mart tarixli “Toxumçuluq haqqında” qanun ləğv edilib.

Bununla yanaşı, yeni qanun qüvvəyə minənədək toxum istehsalçılarına verilmiş şəhadətnamələr həmin sənədlərdə göstərilən müddət ərzində hüquqi qüvvəsini saxlayacaq.

Yeni qanunun əsas məqsədi toxumçuluq sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqi, məlumatların elektronlaşdırılması, toxumların keyfiyyətinə nəzarətin gücləndirilməsi və bu sahədə fəaliyyətin daha şəffaf şəkildə tənzimlənməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Next Article

Vətən müharibəsi iştirakçısına Naxçıvanda yeni vəzifə verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:41 1056 baxış Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli […]

“Paysis”in fəaliyyətinə xitam verildi

Aysel Əlibəyli 02 İyun 2026 · 17:03 1190 baxış Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-yə verilmiş elektron pul təşkilatı lisenziyasını qüvvədən salıb. Elpress.az AMB-yə istinadən yaydığı məlumata görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin 1 iyun 2026-cı […]

AYİB: Azərbaycan sənaye zonalarında yeni mərhələyə keçir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:35 1048 baxış AYİB rəsmisi: Sənaye zonalarının vahid iqtisadi ekosistemə çevrilməsi üçün Azərbaycanda imkanlar var Elpress.az xəbər verir ki, Azərbaycanda sənaye zonalarının daha geniş iqtisadi ekosistemə çevrilməsi istiqamətində yeni […]