--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1052 baxış

KİV: ABŞ ordusu İranla müharibə zamanı “MQ-9 Reaper” PUA-larının təxminən 25 faizini itirib

Elpress.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatlarının əhəmiyyətli hissəsini itirib.“The Washington Post” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, müharibə başlayandan bəri ABŞ ordusunun ən azı 45 “MQ-9 Reaper” PUA-sı sıradan çıxıb. Bu göstəricinin ölkənin həmin tipli PUA parkının təxminən 25 faizinə bərabər olduğu bildirilir. PUA-lar əsasən Hörmüz boğazı ətrafında istifadə olunub. Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə hərəkət edən bu aparatların İran və onun regiondakı müttəfiqləri üçün daha asan hədəfə çevrildiyi qeyd olunur.Qəzetin hesablamalarına görə, itirilən PUA-ların ümumi dəyəri 1,3 milyard dollardan çox ola bilər. Bununla belə, itkilərin hamısının vurulma nəticəsində baş vermədiyi, bəzi aparatların operatorlarla əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Biləsuvarda mübahisə qanlı sonluqla bitib

Next Article

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Şencou-21” missiyası başa çatdı

Aysel Əlibəyli 29 May 2026 · 23:56 1124 baxış Çinin kosmik stansiyasında altı aylıq missiyasını başa vuran “Şencou-21” ekipajı Yerə qayıdıb. Elpress.az Çin Kosmos Agentliyinə istinadən xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və […]