Cəlilabadın Uzuntəpə kəndində mərasim zamanı qida zəhərlənməsi baş verib
Elpress.az xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndində mərasim zamanı 11 nəfərin qida zəhərlənməsi ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.Hadisə sentyabrın 29-da baş verib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıblar.


