--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Birotaqlı mənzillərə maraq artır: Qiymət artımının əsas səbəbləri açıqlandı

Aysel Əlibəyli 26 İyul 2026 · 23:15 1108 baxış

Daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi alıcıların seçimlərinə də təsir göstərib. Son dövrlər xüsusilə birotaqlı mənzillərə marağın artdığı müşahidə olunur.

Elpress.az FED.az-a istinadən xəbər verir ki, Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mənzil qiymətlərinin bahalaşması fonunda vətəndaşlar daha münasib qiymətə satılan kiçik sahəli mənzillərə üstünlük verirlər.

Ekspert bildirib ki, bir çox alıcı sonradan birotaqlı mənzilləri ikiotaqlıya çevirmək məqsədilə seçim edir. Lakin o, bu cür dəyişikliklərin ciddi təhlükələr yaratdığını vurğulayıb. Onun sözlərinə görə, mətbəxin eyvana və ya yaşayış otağına köçürülməsi layihə tələblərini pozur, bu isə qaz sızması və partlayış riskini artırır.

Elnur Fərzəliyev hesab edir ki, tikinti şirkətləri yeni yaşayış komplekslərində daha çox ekonom layihəli və kiçik sahəli mənzillərin inşasına üstünlük verməlidirlər. O qeyd edib ki, sovet dövründə tikilən binalarda birotaqlı mənzillərin sahəsi orta hesabla 30 kvadratmetr olduğu halda, yeni binalarda bu göstərici 50-70 kvadratmetrə qədər yüksəlib. Bu isə mənzilin ümumi dəyərinin, ilkin ödənişin və ipoteka öhdəliklərinin artmasına səbəb olur.

Ekspertin fikrincə, daha əlçatan mənzil layihələrinin artırılması xüsusilə gənc ailələrin və aztəminatlı vətəndaşların mənzil probleminin həllinə mühüm töhfə verə bilər.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ikinci rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,6 faiz artıb. Yeni tikililərdə qiymətlər 2,6 faiz, təkrar mənzil bazarında isə 1,5 faiz yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə ümumi bahalaşma 8,6 faiz təşkil edib. Yeni tikililərdə artım 12,4 faiz, köhnə mənzillərdə isə 8,6 faiz olub. Yanvar–iyun aylarının yekununda mənzil bazarında orta qiymət artımı 8,4 faiz səviyyəsində qeydə alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağstafada ağır qəza: ölən var

Next Article

Rumıniya qırıcılarını havaya qaldırdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda kriptoaktivlərlə bağlı yeni tələb: lisenziya məcburi olacaq

Aysel Əlibəyli 29 İyun 2026 · 13:20 1188 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə bağlı fəaliyyət göstərmək istəyən təşkilatlar mütləq qaydada Azərbaycan Mərkəzi Bankından lisenziya […]

“Azeri Light” yenidən bahalaşır: qiymət 99 dollara çatdı

Aysel Əlibəyli 06 İyun 2026 · 10:10 1280 baxış Qlobal enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma müşahidə edilib. Elpress.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 1,13 ABŞ dolları […]

ABŞ rəsmisi: TRIPP geostrateji risklərin azaldılmasına xidmət edir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:41 1108 baxış Emi Karlon: ABŞ-ın TRIPP-ə investisiyası layihəyə bağlılığını nümayiş etdirir Elpress.az xəbər verir ki, ABŞ TRIPP layihəsini regionda geostrateji risklərin azaldılması və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli […]