Texnologiyalar parklarının rezidentləri ilə bağlı yeni vergi güzəşti 2027-ci ildən tətbiq olunacaq
Elpress.az xəbər verir ki, Pay və səhm iştirakı planları çərçivəsində işçilərin əldə etdiyi gəlirlərlə bağlı gəlir vergisi güzəştləri tətbiq ediləcək.Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, müəyyən şərtlər daxilində işçilərin əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdikləri pay və səhmlərdən yaranan gəlirlər, həmçinin həmin aktivlərin digər şəxslərə təqdim edilməsindən əldə olunan gəlirlər 2027-ci il yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir vergisindən azad olunacaq.Güzəştin tətbiqi üçün payın və ya səhmin əldə edildiyi və təqdim olunduğu müəssisənin texnologiyalar parkının rezidenti olması və parkın fəaliyyətindən kənar sahədə fəaliyyət göstərməməsi tələb ediləcək. Eyni zamanda, payı əldə edən işçinin həmin müəssisədə ən azı bir il çalışması şərti qoyulacaq.Vergidən azad edilən məbləğ payın və ya səhmin müəssisənin xalis aktivlərindəki payına uyğun dəyəri əsasında müəyyənləşdiriləcək. Aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan artım isə bu hesablamaya daxil edilməyəcək.Dəyişikliklər qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


