Hücum nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb
Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya təxminən 190 hücum dronu və ballistik raketlərlə zərbələr endirib.Onun bildirdiyinə görə, hücum nəticəsində 5 nəfər, o cümlədən bir uşaq ölüb, 14 nəfər yaralanıb.Zelenski əsas hədəfin Kiyev və Kiyev vilayətindəki enerji infrastrukturu olduğunu bildirib. Zərbələrin nəticələrinin aradan qaldırılması, elektrik enerjisi və su təchizatının bərpası istiqamətində işlərin davam etdiyi qeyd olunub.


