--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Sosial və iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib

Aysel Əlibəyli 19 İyun 2026 · 20:24 1204 baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.

Elpress.az xəbər verir ki, iclasa əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Anar Əliyev rəhbərlik edib. Tədbirdə AHİK sədri Sahib Məmmədov və ASK sədri Məmməd Musayev də iştirak ediblər.İclasda Prezident Ilham Aliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlar, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və sosial dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin özünüməşğulluq proqramı, onlayn platformalarda çalışan şəxslərin hüquqi statusu və Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına uyğun islahatlar barədə təkliflər nəzərdən keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan–Ermənistan sərhədində zəlzələ qeydə alınıb

Next Article

Anar İsrafilov vəzifəsindən gedib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ƏDV geri ödənişlərində rekord məbləğ

Aysel Əlibəyli 08 İyun 2026 · 11:28 1166 baxış 2026-cı ilin yanvar-may aylarında vətəndaşlara qaytarılan ƏDV məbləği 87,3 milyon manatı ötüb. Elpress.az xəbər verir ki,Dövlət Vergi Xidmətinin açıqladığı məlumata əsasən, geri ödənişlər pərakəndə satış və […]