--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

SOCAR “Günəşli” yatağında 3D seysmik tədqiqatı yekunlaşdırdı

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 10:47 1064 baxış

SOCAR Xəzər dənizində yerləşən “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqat layihəsini başa çatdırıb.

Elpress.az xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi yataqda aparılan araşdırma 247,6 kvadratkilometr ərazini əhatə edib.

Tədqiqat zamanı əldə edilən yüksək dəqiqlikli məlumatların yatağın geoloji quruluşunun daha ətraflı öyrənilməsinə imkan verəcəyi bildirilir. Toplanan məlumatlar vasitəsilə geoloji layların, tektonik qırılmaların və kollektorların xüsusiyyətləri daha dəqiq müəyyənləşdiriləcək.

Yeni məlumatların “Günəşli” yatağının geoloji modelinin təkmilləşdirilməsinə və gələcəkdə qazılması planlaşdırılan quyular üçün hədəflərin daha dəqiq seçilməsinə şərait yaradacağı qeyd olunur.

SOCAR-ın məlumatına görə, layihə Xəzər dənizində müasir geofiziki texnologiyaların tətbiqinin genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bu yanaşma uzun müddətdir istismarda olan yataqların mövcud və gələcək potensialının daha dəqiq qiymətləndirilməsinə imkan verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

Next Article

İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Türkiyə elektrik sistemlərini daha sıx inteqrasiya edəcək

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:22 1060 baxış Alparslan Bayraktar: Enerji əməkdaşlığında yeni imkanlar yaranır Elpress.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının elektrik enerjisi sistemlərinin daha sıx inteqrasiyası istiqamətində genişləndirilməsi nəzərdə […]

Prezident neft sənayesi işçilərini təltif edib

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 14:57 1074 baxış 10 nəfər “Əmək” ordeni, 18 nəfər “Tərəqqi” medalı ilə mükafatlandırılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı […]

kart hesablarında yaranan texniki problem araşdırılır

Aysel Əlibəyli 24 İyun 2026 · 19:07 1114 baxış Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki nasazlığın “Azericard” MMC-dən qaynaqlanmadığı bildirilib. Şirkətdən verilən məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azericard”dan asılı olmayan texniki […]

Bitcoin 62 min dolları geridə qoydu

Aysel Əlibəyli 11 İyun 2026 · 08:03 1132 baxış Kriptovalyuta bazarında son günlər müşahidə olunan geriləmədən sonra yenidən artım tendensiyası qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 […]