--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İspaniyada muzey 4 dəqiqəyə qarət edilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:49 1060 baxış

Oğrular 3 min illik “Villena Xəzinəsi”nin əksər hissəsini aparıblar

Elpress.az xəbər verir ki, İspaniyanın Villena şəhərində yerləşən muzeydə diqqətçəkən oğurluq hadisəsi baş verib. Naməlum şəxslər binaya pəncərədən daxil olaraq Tunc dövrünə aid qiymətli kolleksiyanın böyük hissəsini aparıblar.Hadisə zamanı muzeyin təhlükəsizlik sistemi saat 05:20-də siqnal verib. Cəmi dörd dəqiqə sonra, saat 05:24-də oğruların binanı tərk etdiyi müəyyənləşdirilib.Muzeydə nümayiş etdirilən “Villena Xəzinəsi” 66 qədim artefaktdan ibarət olub. Təxminən 3 min il yaşı olan kolleksiyaya əsasən qızıldan hazırlanmış bilərziklər, kasalar, qablar və digər zinət əşyaları daxildir.Villena şəhərinin merinin sözlərinə görə, kolleksiyadakı əşyalardan yalnız birinin dəyəri təxminən 1,7 milyon avro qiymətləndirilir. Bununla belə, mer xəzinənin tarixi və mədəni əhəmiyyətinin maddi dəyərlə ölçülə bilməyəcəyini vurğulayıb.Hadisə ilə bağlı araşdırma aparılır və oğurlanan artefaktların axtarışı davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda tarixi abidələrdə qanunsuz tikintinin qarşısı alınıb

Next Article

SOCAR 7 ayda 175,7 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Husilər Səudiyyə Ərəbistanına hücum edib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:37 1044 baxış Enerji obyektlərində yanğınlar baş verib, 73 nəfərin yaralandığı bildirilir Elpress.az xəbər verir ki, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən bir sıra enerji və iqtisadi […]

Litvada dron təhlükəsinə görə sığınacaqlar 24 saat işləyəcək

Elşən 20 May 2026 · 21:10 1136 baxış Litvada təhlükəsizlik tədbirləri daha da sərtləşdirilir. Milli Təhlükəsizlik Komissiyasının son qərarına əsasən, ölkənin bütün bələdiyyələri sığınacaqların günün 24 saatı fasiləsiz fəaliyyət göstərməsini təmin etməli olacaqlar. Qərar son […]

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Elşən 20 May 2026 · 07:38 1150 baxış ABŞ ordusunun Avropadakı döyüş briqada qruplarının sayını azaltmaq qərarı qəbul edib. Elpress.az-ın məlumatına əsasən, bu barədə Pentagon sözçüsü Sean Parnell açıqlama verib. Parnell bildirib ki, qərar ABŞ […]

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Aysel Əlibəyli 23 Avqust 2026 · 16:05 1064 baxış Ermənistan ordusunda mübahisə qanlı sonluqla başa çatıb, hərbi qulluqçu həyatını itirib Elpress.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib. Məlumata […]