--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1255 baxış

Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib.

Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində deyib.Onun sözlərinə görə, sərgidə yerli şirkətlərlə yanaşı, Türkiyədən olan sahibkar və şirkətlər də iştirak edir. Həmçinin Özbəkistan, Qazaxıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcıların və ziyarətçilərin qatılması nəzərdə tutulub.Toğrul Abbasquliyev qeyd edib ki, Azərbaycan zərgərlik məmulatlarına marağın artmasının əsas səbəblərindən biri ölkədə formalaşmış peşəkar zərgərlik məktəbidir.O bildirib ki, Azərbaycan zərgərlik sənəti milli ornamentləri, naxışları və zəngin ənənələri qoruyaraq inkişaf etdirir. Bu səbəbdən sərgidə yerli brendlərin və “Made in Azerbaijan” məhsullarının geniş təqdimatına xüsusi önəm verilir.Assosiasiya sədri əlavə edib ki, son illərdə tətbiq olunan vergi və gömrük güzəştləri də zərgərlik sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzərdə 3,9 bal gücündə zəlzələ baş verib

Next Article

Avtonom avtomobillərin qəzaları üçün yeni qaydalar hazırlana bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran Rəşt-Astara dəmir yolu üzrə razılaşmanı təsdiqləyəcək

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:47 1136 baxış 162 kilometrlik dəmir yolu layihəsinin Rusiya ilə birgə həyata keçirilməsi məsələsinə yaxın aylarda qərar veriləcək Elpress.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasında Rəşt-Astara dəmir […]

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1104 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:15 1080 baxış İlin əvvəlindən ölkədə aktiv vergi ödəyicilərinin sayı 3,4 faiz yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda iqtisadi fəaliyyət göstərən vergi ödəyicilərinin sayı artmaqda davam edir.Avqustun 1-nə olan […]