--:--:-- | 24 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Sentyabrdan qeyri-neft-qaz məhsullarını ixrac edən sahibkarlara kompensasiya ödəniləcək

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:33 1040 baxış

Qeyri-neft-qaz məhsullarının ixracını həyata keçirən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya olunmasına başlanılacaq.

Elpress.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən, kompensasiyalar gələn aydan tətbiq ediləcək.

Deputat qeyd edib ki, kompensasiyalardan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar faydalana biləcəklər. Dəstək gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini əhatə edəcək.

Bildirilib ki, kompensasiyaların məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə uyğun hesablanacaq. Dəstək 2026-cı il sentyabrın 1-dən 2031-ci il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına şamil olunacaq.

Vüqar Bayramov vurğulayıb ki, yeni mexanizm ixracatçı sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə, qeyri-neft-qaz ixracının genişlənməsinə və yeni bazarlara çıxış imkanlarının artırılmasına xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Next Article

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xocalıda baramaçılıq təsərrüfatına baxış keçirildi

Aysel Əlibəyli 17 İyun 2026 · 18:41 1144 baxış Xocalı rayonunun Daşbulaq kəndində baramaçılığın inkişafı məqsədilə yaradılmış infrastrukturla tanışlıq olub. Elpress.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə […]

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 1154 baxış İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elpress.az “Qafqazinfo”ya istinadən […]

Qızıl yenidən bahalaşdı

Aysel Əlibəyli 27 İyul 2026 · 12:06 1044 baxış Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb Elpress.az xəbər verir ki, Dünya birjalarında qızıl və gümüşün qiymətində növbəti artım qeydə alınıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın […]

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 1137 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]