--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Nazirlikdən yeni hesabat: nəticələr təqdim olundu

Aysel Əlibəyli 09 İyun 2026 · 12:35 1232 baxış

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı geniş təqdimatla çıxış edib.Bildirilib ki, ötən il dövlət maliyyəsinin səmərəli idarə olunması məqsədilə bir sıra islahatlar həyata keçirilib. Bu çərçivədə 13 altsistemdən ibarət “Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sistemi yaradılıb və müvafiq Əsasnamə təsdiqlənib.Sistem çərçivəsində “e-müqavilə”, “e-rüsum”, “büdcə məlumat idarəetmə”, “elektron büdcə bələdçisi” və “dövlət müəssisələrinin rəqəmsal monitorinqi” kimi modullar istifadəyə verilib.Nazir qeyd edib ki, dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, büdcə gəlir və xərclərinə nəzarət mexanizmləri gücləndirilib, həmçinin proqnozlaşdırma üçün yeni maliyyə hesabatlılıq portalı istifadəyə verilib.Məlumatda bildirilib ki, hesabat dövründə büdcə xərclərinin 98 faizi xəzinə nəzarətinə cəlb olunub, risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb və xəzinədarlıq orqanlarının idarəetməsi mərkəzləşdirilib.Eyni zamanda dövlət müəssisələrinin maliyyə hesabatlarının monitorinqi, dividend siyasəti və investisiya layihələrinin maliyyə ekspertizası istiqamətində yeni qaydaların tətbiqinə başlanıldığı qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Təhlükəli macəra: blogger vəhşi qəbilələrin arasında sağ qaldı

Next Article

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kreditlərdə yeni qayda

Aysel Əlibəyli 29 İyun 2026 · 12:21 1198 baxış Məsafədən kreditlərə nəzarət güclənir: Yeni qaydalar vətəndaşların maliyyə təhlükəsizliyini artıracaq Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda kredit xidmətlərindən istifadə zamanı təhlükəsizliyin artırılması və istehlakçı hüquqlarının […]

Enerji effektivliyi sistemi təsdiqləndi

Aysel Əlibəyli 09 İyun 2026 · 17:37 1210 baxış Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara əsasən, Enerji Effektivliyi İnformasiya Sisteminin Əsasnaməsi təsdiq […]

“AzerGold” Daşkəsən sakinləri ilə görüş keçirib

Aysel Əlibəyli 22 İyul 2026 · 12:26 1178 baxış “AzerGold”un KSM Komitəsi Daşkəsəndə sosial layihələri və gələcək planları müzakirə edib Elpress.az xəbər verir ki, “AzerGold” ASC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsən rayonunun Çovdar və Quşçu […]

Gələn il 67 şəhər və rayon büdcədən dotasiya almayacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:23 1152 baxış 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu ərazilərə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiya ayrılması planlaşdırılmır. […]