--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 1191 baxış

Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq tələb edir. Bu məqsədlərə nail olmaq üçün strateji yanaşma, yüksək məsuliyyət və dəqiq hədəflərə yönəlmiş fəaliyyətin təmin edilməsi böyük əhəmiyyət daşıyır.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı yaxın illərdə xaricdə təhsil almağı planlaşdıran gənclər üçün yeni perspektivlər açacaq.O bildirib ki, süni intellektlə işləyən müasir platformalar tələbələrin akademik nailiyyətlərini, maraq dairələrini və fərdi bacarıqlarını təhlil edərək onlar üçün ən uyğun universitet və ixtisas seçimlərini müəyyənləşdirməyə imkan verəcək. Eyni zamanda, qəbul prosesində tələb olunan sənədlərin hazırlanması, motivasiya məktublarının tərtibi və xarici dil biliklərinin təkmilləşdirilməsi kimi istiqamətlərdə də bu texnologiyalardan geniş şəkildə faydalanmaq mümkün olacaq.Dosent əlavə edib ki, süni intellekt distant və fərdiləşdirilmiş təhsil imkanlarının inkişafına da mühüm töhfə verir. Onun fikrincə, tələbələr bu texnologiyalar vasitəsilə dünyanın aparıcı ali təhsil müəssisələrinin dərslərində onlayn iştirak edə, öz ehtiyaclarına uyğun fərdi tədris proqramlarından yararlana və real vaxt rejimində tərcümə xidmətləri əldə edə biləcəklər. Bu isə dil maneələrinin azalmasına və daha çox gəncin beynəlxalq təhsil imkanlarından istifadə etməsinə şərait yaradacaq.Bundan başqa, virtual laboratoriyalar və müxtəlif simulyasiya proqramları tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirəcək, onların qlobal əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə uyğunlaşmasına dəstək olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Next Article

Everest faciəsi: Alpinist təkbaşına sağ qalan bələdçisini necə itirdiyini açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cevdet Yılmaz: Orta Dəhliz qlobal ticarətin yeni dayağıdır

Aysel Əlibəyli 04 İyun 2026 · 16:05 1179 baxış Orta Dəhliz dünya ticarətində getdikcə daha böyük əhəmiyyət qazanaraq təhlükəsiz, sabit və strateji baxımdan zəruri bir nəqliyyat marşrutuna çevrilib; bu xətt üzrə yük daşımalarının artması və […]

Kamboca “ASAN xidmət” modelini öyrənir

Aysel Əlibəyli 29 İyun 2026 · 12:51 1178 baxış Azərbaycanın uğurlu “ASAN xidmət” modeli xaricdə tətbiq olunacaq: Kamboca təcrübədən yararlanmaq istəyir Elpress.az-ın məlumatına əsasən, Kamboca Krallığı Azərbaycanın dövlət xidmətləri sahəsində uğurlu layihələrindən biri olan “ASAN […]

AMB iyulun 13-nə valyuta məzənnələrini açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 10:54 1098 baxış Azərbaycan Mərkəzi Bankı iyulun 13-də qüvvədə olacaq rəsmi valyuta məzənnələrini elan edib. Elpress.az xəbər verir ki , Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 13-nə olan rəsmi valyuta […]