--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qaradağda yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başladı

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 12:29 1108 baxış

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 16-da Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.


Dövlət başçısına stansiya, layihəni həyata keçirən “Universal Energy” şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Şanxayda yaradılan şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə layihələr həyata keçirir.
“Qobustan” Günəş Elektrik Stansiyası Azərbaycanda hərrac yolu ilə reallaşdırılan ilk layihədir. Layihənin icrası üçün 2024-cü ildə keçirilən hərracın qalibi Çinin “Universal International Holdings Limited” şirkəti olub.
Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tamamlanıb.
İstismara verildikdən sonra stansiyada ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcəyi gözlənilir. Bu, hər il təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.
Stansiyanın fəaliyyəti ilə Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a, bu sahədə fəaliyyət göstərən stansiyaların sayı isə 85-ə çatacaq. Bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji gücündə payı təxminən 20,8 faiz təşkil edəcək.
Qeyd edək ki, 2027-ci ilin sonunadək Azərbaycanda ümumi gücü təxminən 1,5 QVt olan bərpaolunan enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentdən Auditorlar Palatasının əməkdaşlarına təltif

Next Article

Siyasi şərhçi: Azərbaycanın 30 illik təcrübəsi beynəlxalq hüquqla bağlı mühüm nəticələr ortaya qoyub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Təyyarə heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənəcək

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 12:48 1100 baxış Kommersiya uçuşlarında heyətin iş və uçuş saatlarına yeni limitlər müəyyənləşir Elpress.az xəbər verir ki, Kommersiya hava daşımalarında çalışan təyyarə heyətinin iş, uçuş və istirahət vaxtlarının beynəlxalq […]

Gələn il 67 şəhər və rayon büdcədən dotasiya almayacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:23 1096 baxış 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu ərazilərə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiya ayrılması planlaşdırılmır. […]

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1130 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]