--:--:-- | 14 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AZAL-ın sərnişin aviaşirkətinə yeni baş icraçı direktor təyin olunub

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 17:40 1006 baxış

Elpress.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) strukturuna daxil olan Sərnişin Aviaşirkətinə yeni baş icraçı direktor təyin edilib.

Bu vəzifəyə aviasiya sahəsində 30 ildən artıq təcrübəyə malik Mario Çaves gətirilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.Mario Çaves 2023-cü ildən “TAP Air Portugal” şirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə “Portugalia Airlines”də baş icraçı direktor, “Grupo SATA”da əməliyyatlar və kommersiya üzrə baş direktor vəzifələrini tutub. O, həmçinin “Cabo Verde Airlines”də müəyyən müddət baş icraçı direktor vəzifəsini icra edib, daha sonra korporativ işlər üzrə baş direktor kimi fəaliyyət göstərib.Çaves aviasiya sektorunda karyerasına 1995-ci ildə başlayıb. 1998-ci ildən “TAP Air Portugal”da pilot kimi çalışan mütəxəssis sonrakı illərdə IATA-nın baş qərargahında uçuş əməliyyatları, tənzimləmə və səmərəlilik istiqamətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, müxtəlif beynəlxalq aviaşirkətlərdə də yüksək vəzifələrdə çalışıb.Yeni rəhbərin əməliyyat və kommersiya idarəçiliyi, eləcə də beynəlxalq aviasiya sahəsində geniş təcrübəsinin aviaşirkətin inkişaf və genişlənmə strategiyasına töhfə verəcəyi bildirilir.

Qeyd olunub ki, təyinat AZAL-ın davamlı inkişaf, əməliyyat səmərəliliyinin yüksəldilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Metroda intervallar qısaldılır – yeni qrafik açıqlanıb

Next Article

Qürbətdə böyüyən azərbaycanlı uşaqların ana dilində təhsili vacibdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1199 baxış Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib. Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində […]

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 21:09 1032 baxış Elpress.az xəbər verir ki, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə 12 minə yaxın ailə mənzil sahibi olub. Agentliyin Aparat rəhbəri Cəmşid Əmirovun […]

Azərbaycan və Dünya Bankı əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 14:48 1012 baxış Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik […]