--:--:-- | 17 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

“Eternity-2026” təliminə hazırlıq tamamlanıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:17 1120 baxış

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlim üzrə yekun konfrans keçirilib

Elpress.az xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminə hazırlıq çərçivəsində yekun planlaşdırma konfransı keçirilib.Müdafiə Nazirliyindən verilən məlumata görə, üç ölkə arasında hərbi əməkdaşlıq planına uyğun təşkil olunan görüşdə qarşıdakı təlimin əsas istiqamətləri və fəaliyyət planı nəzərdən keçirilib.Konfrans zamanı təlim ssenarisi, nəzərdə tutulan taktiki tapşırıqlar, eləcə də iştirakçı şəxsi heyətin logistika və digər təminat məsələləri üzrə razılıq əldə olunub.“Eternity-2026” təliminin əsas məqsədi mümkün təhlükələr zamanı üç ölkənin hərbi bölmələri arasında koordinasiyanın və qarşılıqlı fəaliyyət imkanlarının gücləndirilməsidir. Təlim çərçivəsində region üçün strateji əhəmiyyət daşıyan iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin və digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş birgə tədbirlərin planlaşdırılması nəzərdə tutulur.Konfransın yekununda təlim üzrə tapşırıqlar tam razılaşdırılıb və hazırlıq mərhələsinin başa çatdığı bildirilib. Görüşün sonunda yekun protokol imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məleykə Abbaszadə keçid balları ilə bağlı xəbərdarlıq edib

Next Article

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:58 1052 baxış Deputat: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri Azərbaycanın çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən […]

Prezidentdən sülh mesajı: “Bu gün nəticələri hiss edirik”

Aysel Əlibəyli 02 İyul 2026 · 00:07 1144 baxış Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuata bəyanatında Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha […]

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 1130 baxış Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib. Yeni mexanizm dövlət […]