--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1076 baxış

Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir

Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 981-ni qadınlar təşkil edir.Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı məlumat verib.Bildirilib ki, qadınların dayanıqlı inkişafının təmin edilməsi, xüsusilə kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.Qadınların bilik və bacarıqlarının inkişaf etdirilməsi, iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi dəstək proqramlarının əsas istiqamətlərindəndir.Qeyd olunub ki, bu tədbirlər qadınların əmək bazarında və sahibkarlıq fəaliyyətində daha fəal iştirakına imkan yaradır. Eyni zamanda, qadınların iqtisadi fəallığının yüksəlməsi onların ailə büdcəsinə verdiyi töhfənin artmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Filippində məktəbdə atışma: 6 nəfər ölüb

Next Article

Bu ilin 8 ayında pensiya ödənişlərinə 5,2 milyard manat ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1104 baxış BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər […]

OpenAI Azərbaycanda vergi uçotuna alınıb

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:43 1074 baxış OpenAI ilə yanaşı, daha iki beynəlxalq rəqəmsal xidmət şirkəti Azərbaycanda ƏDV qeydiyyatına alınıb Elpress.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna […]

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 1132 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]