--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Aysel Əlibəyli 17 İyun 2026 · 13:20 1224 baxış

Azərbaycan son illər iqtisadiyyatın şaxələndirilməsi və investisiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Əczaçılıq, tekstil, ağır və yüngül sənaye, maşınqayırma kimi prioritet sahələr üzrə ixtisaslaşmış sənaye zonaları yaradılıb. Bununla yanaşı, beynəlxalq logistikanın inkişafı və xarici investorların cəlb edilməsi məqsədilə Ələt Azad İqtisadi Zonasının imkanları genişləndirilir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu”nda Azərbaycanın investisiya imkanları, iqtisadi inkişaf strategiyası və regional əməkdaşlıq perspektivləri barədə çıxış edib.Yusif Abdullayev bildirib ki, Azərbaycan əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və həyata keçirilən iqtisadi islahatlarla beynəlxalq investorlar üçün cəlbedici məkanlardan birinə çevrilir. Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər regionunun mühüm logistika mərkəzlərindən biri kimi fəaliyyət göstərir.AZPROMO rəhbəri qeyd edib ki, Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasında birbaşa dəmir yolu bağlantısı yaradaraq yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsinə imkan verir. O, həmçinin Azərbaycanın günəş və külək enerjisi sahəsində böyük potensiala malik olduğunu vurğulayaraq, beynəlxalq tərəfdaşlarla birlikdə yaşıl enerji layihələrinin həyata keçirildiyini bildirib.Çıxış zamanı rəqəmsal iqtisadiyyatın inkişafına da diqqət çəkilib. Bildirilib ki, Azərbaycan innovasiya ekosistemlərinə, rəqəmsal infrastruktura və insan kapitalına investisiyalar yatırmaqla bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir.Yusif Abdullayev vurğulayıb ki, investorların əsas gözləntiləri etibarlı biznes mühiti, proqnozlaşdırıla bilən qaydalar və risklərə qarşı effektiv müdafiə mexanizmləridir. Bu istiqamətdə gömrük sistemlərinin yenilənməsi, rəqəmsal ticarət platformalarının inkişafı, sərhəd prosedurlarının sadələşdirilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin yaradılması mühüm addımlar kimi qiymətləndirilir.AZPROMO rəhbəri əlavə edib ki, xarici investisiyaların artırılması üçün risklərin azaldılması mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Siyasi risk sığortası, ixrac kreditlərinin qorunması və maliyyə təminatı alətləri beynəlxalq layihələr üçün daha təhlükəsiz mühit yaradır və yeni investisiya imkanlarının reallaşmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni yaddaşını ekrana gətirdi

Next Article

Bakının küçəsində qadınla kişi arasında dava

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda 6 981 qadın sahibkar fəaliyyət göstərir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:33 1112 baxış Muxtar respublikada aktiv fiziki sahibkarların sayı 24 608 nəfərdir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hazırda 24 608 aktiv fiziki sahibkar fəaliyyət göstərir. Onların 6 […]

Qazın qiyməti endi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:11 1132 baxış Dünya bazarında təbii qazın qiymətində cüzi eniş qeydə alınıb Elpress.az xəbər verir ki, Dünya bazarında təbii qazın qiyməti cüzi ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında 2026-cı ilin […]

“İpək Yolu Sığorta”nın sədri vəzifədən ayrılıb

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:50 1092 baxış Teymur Məmmədovun yerinə hələlik yeni təyinat həyata keçirilməyib Elpress.az xəbər verir ki, “İpək Yolu Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Teymur Məmmədov şirkətdəki vəzifəsini tərk edib.Məlumata görə, […]