--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Mərkəzi Bank uçot faiz dərəcəsini dəyişmədi

Aysel Əlibəyli 31 İyul 2026 · 10:15 1096 baxış

Azərbaycan Mərkəzi Bankı növbəti pul siyasəti qərarını açıqlayıb və uçot faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib.

Elpress.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində dəyişdirilməyib.

Qərarın qəbulunda ölkədə inflyasiya göstəriciləri, maliyyə bazarındakı vəziyyət, valyuta bazarında müşahidə olunan proseslər və makroiqtisadi proqnozlar əsas götürülüb.Mərkəzi Bank bildirib ki, illik inflyasiya hədəf diapazonunda qalır və cari iqtisadi şəraitdə faiz dəhlizinin sabit saxlanılması məqsədəuyğun hesab olunub.

Qurum qeyd edib ki, növbəti qərarlar ölkədə və qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, inflyasiya dinamikası və maliyyə bazarındakı vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Bakı Metropoliteni”ndə yeni kadr təyinatları həyata keçirilib

Next Article

Beynəlxalq böyrək alveri işi yenidən gündəmdə: Azərbaycana dair iddialar da araşdırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hörmüz boğazından gəmi keçidi kəskin azalıb

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 15:24 1144 baxış BMT: Gündəlik keçidlərin sayı 85-dən 5-ə düşüb Elpress.az xəbər verir ki, Hörmüz boğazından gündəlik gəmi keçidlərinin sayı son aylarda kəskin şəkildə azalıb.BMT-nin İqtisadi və Sosial Məsələlər […]

Ağdaşda aqrar Dövlət Proqramı müzakirə olunub

Aysel Əlibəyli 12 İyun 2026 · 19:12 1218 baxış Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair 2026–2030 Dövlət Proqramının müzakirəsi üzrə regional müşavirə keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir […]

“Brent” ucuzlaşıb, “WTI” bahalaşıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 09:14 1072 baxış Elpress.az xəbər verir ki, dünya bazarında neftin əsas markalarından olan “Brent” ucuzlaşıb, “WTI” markalı neft isə bahalaşıb. ICE London qitələrarası birjasında “Brent” neftinin 2026-cı ilin noyabr […]

Füzulidə istifadəyə yararsız ət aşkarlanıb

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1221 baxış Füzulidə istifadəyə yararsız 120 kiloqram ət dövriyyədən çıxarılıb Füzuli rayonu ərazisində aparılan nəzarət tədbirləri zamanı mənşəyi və keyfiyyəti şübhə doğuran külli miqdarda ət məhsulu aşkarlanıb. Elpress.az […]