--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:42 1088 baxış

Yeni mexanizm fermerlərin istehsaldan əvvəl maliyyə vəsaiti əldə etməsinə imkan verəcək

Elpress.az xəbər verir ki, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.6 fəsil və 13 maddədən ibarət layihə kənd təsərrüfatında yeni maliyyələşmə alətinin tətbiqini nəzərdə tutur. Məhsul şəhadətnaməsi fermerlərin istehsal prosesinə başlamazdan əvvəl maliyyə resurslarına çıxışını təmin edən və borc, alqı-satqı və digər müqavilə münasibətlərinin xüsusiyyətlərini özündə birləşdirən qiymətli kağız kimi müəyyənləşdirilir.Layihəyə əsasən, istehsalçılar gələcəkdə əldə edəcəkləri kənd təsərrüfatı məhsulu üzrə məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və təchizatçılara təqdim edə biləcəklər.Öhdəliyin pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsi formasında yerinə yetirilməsindən asılı olaraq şəhadətnamənin maliyyə və əmtəə növlərinin tətbiqi nəzərdə tutulur. Maliyyə şəhadətnaməsi üzrə fermer gələcək məhsulun satışından əldə olunan vəsaiti kreditora ödəyir, əmtəə şəhadətnaməsində isə gələcək məhsulun kreditora təqdim edilməsi öhdəliyi yaranır.Yeni mexanizmin fermerlərə istehsaldan əvvəl maliyyə əldə etmək, təchizatçılara gələcək məhsul üzrə təminat əldə etmək, maliyyə təşkilatlarına isə aqrar sektor üçün yeni maliyyə alətindən istifadə etmək imkanı yaradacağı gözlənilir.Məhsul şəhadətnamələrinin elektron sistem vasitəsilə rəsmiləşdirilməsi notariat xərclərini azaltmaqla yanaşı, öhdəliklərin izlənməsini də asanlaşdıracaq. Şəhadətnamə üzrə öhdəliyin icra edilməməsi halında daha çevik və az xərcli tutma prosedurunun tətbiqi də nəzərdə tutulur.Bundan əlavə, şəhadətnamə sahibinə kənd təsərrüfatı məhsulunun yetişdirilməsi və ilkin emalı prosesini monitorinq etmək hüququ veriləcək. Bunun məhsulun keyfiyyətinə nəzarəti və sonrakı satış prosesini asanlaşdıracağı bildirilir.Qanun layihəsinin qəbulunun kənd təsərrüfatının maliyyələşdirilməsinə, fermerlərin dəstəklənməsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və aqrar sektorun inkişafına töhfə verəcəyi gözlənilir.Layihə qəbul ediləcəyi təqdirdə dərc olunduğu gündən üç ay sonra qüvvəyə minəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılmasını nəzərdən keçirir

Next Article

Metro və dəmir yolu layihələri üçün torpaq alınması qaydaları dəyişdirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan neftinin qiyməti 124,14 dollara düşüb

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 11:04 1108 baxış Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiymətində azalma qeydə alınıb. Elpress.az xəbər verir ki, neftin qiyməti 3,73 dollar və ya 2,91% ucuzlaşaraq 124,14 […]

Aİ ASCO Gəmilərinə Tətbiq Olunan Sanksiyaları Ləğv Etdi

Elşən 24 Aprel 2026 · 09:49 1141 baxış Avropa İttifaqı Şurasının son qərarına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid “Zaqatala” gəmisinə, həmçinin ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” […]

Gələn il 67 şəhər və rayon büdcədən dotasiya almayacaq

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 11:23 1078 baxış 2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin öz gəlirləri hesabına qarşılanması nəzərdə tutulur. Bu ərazilərə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiya ayrılması planlaşdırılmır. […]