--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:33 1080 baxış

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb

Elpress.az xəbər verir ki, Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.Forum müxtəlif ölkələrin dövlət nümayəndələrini, qlobal investorları, beynəlxalq maliyyə institutlarını, beyin mərkəzlərini və biznes liderlərini bir araya gətirib.“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə qlobal iqtisadi proseslər, investisiya imkanları və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.Müzakirələr zamanı Azərbaycanın regional bağlantı imkanları, Orta Dəhlizin inkişafı, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik kimi istiqamətlərə diqqət yetirilib.İmzalanan 23 sənəd süni intellekt, enerji, bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı daxil olmaqla müxtəlif sahələr üzrə layihələri əhatə edir.Bakı Enerji Həftəsi çərçivəsində iyun ayında elan olunan layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə investisiya layihələrinin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatır.Layihələrin həyata keçirilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiya və innovasiyaların tətbiqinə, əlavə dəyərin yaradılmasına və məşğulluğun artırılmasına töhfə verməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Əli Əsədov Suriya rəsmisi ilə görüşdü – əməkdaşlığın yeni istiqamətləri müzakirə edildi

Next Article

Milli Məclis komissiyasından Türkiyə ilə bağlı informasiya kampaniyası açıqlaması

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda orta maaş 7 faiz artıb

Aysel Əlibəyli 10 Avqust 2026 · 17:01 1130 baxış Orta aylıq əməkhaqqı 1 174 manata yüksəlib Elpress.az xəbər verir ki, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqında artım qeydə alınıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, […]

Balaxanı neftçilərindən rekord nəticə

Aysel Əlibəyli 06 İyul 2026 · 19:23 1100 baxış Gündəlik hasilat 1000 tona çatdı: Balaxanı neftçiləri ilk yarımili rekord göstəricilərlə başa vurdu Elpress.az xəbər verir ki, SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişi çərçivəsində “Balaxanı-Sabunçu-Ramana” yatağında fəaliyyət […]

Azərbaycanda neft-qaz sektorunun gələcəyi müzakirə olunub

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 23:12 1084 baxış Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda neft emalı və neft-kimya infrastrukturunun yenilənməsi, sahənin inkişaf perspektivləri və iqtisadi məsələlər nəzərdən keçirilib. Elpress.az xəbər verir ki, […]