--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü qeyd olunur

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 10:00 1018 baxış

Bu gün türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyan Türk Dövlətləri Əməkdaşlıq Günü qeyd olunur.

Elpress.az xəbər verir ki, bu əlamətdar gün 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış saziş əsasında təsis edilib. Həmin sənəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının hüquqi əsasını formalaşdırıb.

Naxçıvan Zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları bir araya gəlib. Görüş zamanı əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı mühüm sənədlər qəbul edilib.

Sonrakı illərdə təşkilatın fəaliyyət dairəsi daha da genişlənib və Türk Dövlətləri Təşkilatı adı altında yeni mərhələyə keçib. Təşkilat ortaq tarix, dil, mədəniyyət və milli kimlik kimi ümumi dəyərlər əsasında üzv və müşahidəçi dövlətlər arasında əlaqələrin inkişafına xidmət edir.

TDT çərçivəsində siyasi, iqtisadi, mədəni, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində müxtəlif mexanizmlər yaradılıb. Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası və Katiblik təşkilatın əsas fəaliyyət strukturları sırasında yer alır.

Bununla yanaşı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası və digər qurumlar türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

3 Oktyabr türk dövlətləri arasında ortaq dəyərlər və əməkdaşlıq platformasının formalaşmasında mühüm mərhələnin başlanğıcı kimi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şimali Koreyadan yeni raket sınağı – 700 kilometrdən çox məsafə qət edib

Next Article

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:21 1042 baxış İki ümumi və bir üz-çənə cərrahının ixtisasına uyğun olmayan əməliyyatlar keçirdiyi müəyyən edilib Elpress.az xəbər verir ki, Ötən ay tibb müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra […]

FHN və DSX Sahil Mühafizəsində birgə təlim keçirib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:41 1044 baxış Təlim zamanı şərti yanğına müdaxilə və xilasetmə əməliyyatları həyata keçirilib Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri ilə […]

DANIŞAN VƏTƏN,YOL QARDAŞI – SABİR BƏY!

Elşən 19 May 2026 · 14:06 1174 baxış Məhəmməd Peyğəmbərimiz İmam Əli haqqında danışarkən belə demişdir:“Ya Əli, sənin doğulduğunu görməsəydim, sənə Allah deyərdim!” Dövrünün elmi-fəlsəfi və poetik düşüncələri ilə hamıdan öndə olan İmam Əliyə Peyğəmbərimiz […]

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1076 baxış Təlimə 196 nəfər və 42 texnika cəlb olunub Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin […]