Yağan yağış Masazır qəsəbəsində bəzi küçələrdə hərəkəti çətinləşdirib. Bir sıra yollarda suyun toplanması nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkətində problemlər yaranıb.
Elpress.az xəbər verir ki, xüsusilə asfalt örtüyü olmayan və ya yol infrastrukturu zəif olan ərazilərdə yağıntının yaratdığı vəziyyət sakinlərin gündəlik hərəkətinə ciddi təsir göstərib.
Sakinlərin sözlərinə görə, yağışlı havalarda həmin ərazilərdə oxşar problem mütəmadi olaraq yaşanır. Küçələrdə yaranan gölməçələr həm avtomobillərin hərəkətini məhdudlaşdırır, həm də piyadalar üçün keçidi çətinləşdirir.
Sakinlər problemin aradan qaldırılması üçün yolların təmir olunmasını və yağış sularının axıdılması ilə bağlı müvafiq tədbirlərin görülməsini istəyirlər.


