--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Cəlilabadda 9 kəndi birləşdirən yol yenilənir

Aysel Əlibəyli 06 İyul 2026 · 19:08 1048 baxış

7 mindən çox sakinə sevindirici xəbər: Cəlilabadda 18 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur

Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələrdən biri olan Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam edir. Layihə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən icra edilir.Ümumi uzunluğu 18 kilometr olan avtomobil yolu 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Yolun yenidən qurulması bölgədə yaşayan sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, həmçinin yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcək.Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri tam başa çatdırılıb. Eyni zamanda, 3,3 kilometrlik hissədə yol əsasının alt qatının tikintisi yekunlaşdırılıb. Bundan əlavə, yolun uzunömürlü və təhlükəsiz istismarını təmin etmək məqsədilə müxtəlif ərazilərdə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir.AAYDA tərəfindən aparılan tikinti-quraşdırma işlərinin müasir inşaat norma və standartlarına uyğun şəkildə həyata keçirildiyi bildirilib. Layihənin tam başa çatdırılmasından sonra bölgədə nəqliyyatın hərəkəti daha rahat və təhlükəsiz olacaq, sakinlərin gündəlik gediş-gəlişi asanlaşacaq, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı və kəndlər arasında əlaqələrin genişlənməsi üçün əlverişli şərait formalaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Next Article

Sabah bu ərazidə qaz kəsiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Aysel Əlibəyli 05 İyun 2026 · 15:09 1121 baxış Süni intellekt texnologiyalarının tətbiqi milli iqtisadiyyatların inkişafına mühüm töhfə versə də, bu proses sosial dayanıqlılığın qorunması və müvafiq sahələrdə davamlı islahatların həyata keçirilməsi baxımından xüsusi həssaslıq […]

bölgələrdə 20%-dək endirim

Aysel Əlibəyli 01 İyul 2026 · 12:10 1034 baxış Qeyri-sabit hava istirahət bazarını dəyişdi: turist azalması qiymətləri aşağı saldı Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti turizm sektoruna da təsir […]

Rusiya Buğdası Azərbaycan Vasitəsilə Ermənistana Aparılır

Aysel Əlibəyli 15 İyun 2026 · 11:27 1064 baxış Rusiyadan Ermənistana göndərilən növbəti 490 tonluq buğda partiyası sabah Azərbaycan ərazisindən tranzit keçməklə çatdırılacaq. Yükün Həcmi: Ümumi çəkisi 490 ton olan buğda yükü 7 vaqondan ibarətdir.Hərəkət […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 1072 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]