Aİ marşrut üzrə ticarət axınlarını üç dəfə artırmağı planlaşdırır
Elpress.az xəbər verir ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa əlaqələndirən Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib.Onun sözlərinə görə, Aİ layihəyə dövlət və özəl investisiyaların cəlb edilməsi üçün “Global Gateway” təşəbbüsündən istifadə edəcək.Ursula fon der Lyayen qeyd edib ki, məqsəd marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır.Aİ lideri həmçinin bağlantı məsələlərinə həsr olunmuş regional sammit keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, sammit Orta Dəhliz layihəsinin praktiki reallaşdırılmasına yönələcək.Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçməklə Avropa ilə Asiya arasında yükdaşımaları təmin edən marşrutlardan biridir.



