--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında əməkdaşlıq memorandumu imzalanıb

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:37 1034 baxış

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında LEGIS Hüquq Forumu layihəsi çərçivəsində əməkdaşlığın əsasını qoyan Memorandum imzalanıb.

Elpress.az xəbər verir ki, sənəd Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədri Kəmalə Mehdiyeva və PAŞA Holding MMC-nin Hüquq və Dövlət qurumları ilə əlaqədar funksiyasının direktoru, LEGIS Hüquq Forumunun Təşkilat Komitəsinin sədri Aytac Qasımova tərəfindən imzalanıb.

Bildirilib ki, memorandum Azərbaycanda arbitrajın inkişafına, mübahisələrin alternativ həlli mexanizmlərinin təkmilləşdirilməsinə və Bakı Arbitraj Mərkəzinin institusional potensialının gücləndirilməsinə xidmət edəcək.Əməkdaşlıq çərçivəsində arbitraj sahəsində maarifləndirmə layihələri, nəşrlər, konfranslar, seminarlar və təlim proqramlarının təşkili, eləcə də hüquq ictimaiyyəti, tələbələr və gənc hüquqşünaslar arasında arbitraj mədəniyyətinin təşviqi nəzərdə tutulur.Kəmalə Mehdiyeva bildirib ki, imzalanan memorandum arbitraj institutunun inkişafına mühüm töhfə verəcək.

Aytac Qasımova isə qeyd edib ki, əməkdaşlıq hüquq təhsili ilə praktikanın bir araya gətirilməsinə, gənc hüquqşünasların peşəkar bilik və bacarıqlarının artırılmasına imkan yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Next Article

Məmmədnağı Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini təyin edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda bir sıra publik hüquqi şəxslərin statusu dəyişdirildi

Aysel Əlibəyli 25 İyun 2026 · 16:20 1104 baxış Dövlət idarəçiliyində yeni dəyişikliklər: bir sıra publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi, bəzi qurumların fəaliyyəti yenidən təşkil olundu Azərbaycanda dövlət adından yaradılmış bir sıra publik hüquqi […]

Cəlilabadda 9 kəndi birləşdirən yol yenilənir

Aysel Əlibəyli 06 İyul 2026 · 19:08 1078 baxış 7 mindən çox sakinə sevindirici xəbər: Cəlilabadda 18 kilometrlik yol əsaslı şəkildə yenidən qurulur Elpress.az xəbər verir ki, Cəlilabad rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən […]

Azərbaycan Qırğızıstana 24 avtomobil satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 12:51 1028 baxış Azərbaycanın Qırğızıstana ixracında avtomobil, şəkər və tütün məhsulları üstünlük təşkil edib Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 28,9 milyon […]